Özündən 38 yaş kiçik xanımla evləndi - FOTOLAR
65 yaşlı Hollivud aktyoru Dolf Lundgren 27 yaşlı şəxsi məşqçisi Emma Krokdalla ailə həyatı qurub. “Qafqazinfo” “People” nəşrinə istinadən xəbər verir ki, cütlüyün toyu iyulun 13-də Yunanıstanın Mikonos adasında baş tutub. Tədbirdə onların ailə üzvləri və bir neçə yaxın dostu iştirak edib. Qeyd edək ki, D. Lundgren E. Krokdala 2020-ci ilin iyununda evlilik təklifi etmişdi. Cütlük koronavirus pandemiyası və aktyorun onkoloji xəstəliklə mübarizə aparması səbəbindən toy edə bilmirdi. Bu, aktyorun ikinci evliliyidir. O, 1994-2011-ci illərdə dizayner Anetta Kviberqlə ailəli olub, iki övladı var.