XOCALIda 4 yaşında ƏSİR düşən MEHDİ EVLƏNDİ - FOTO
Dekabrın 9-da Xocalı soyqırımı zamanı 4 yaşında əsir düşən, hər iki valideynini itirən 25 nəfərdən biri - Mehdi Əliyev ailə həyatı qurub. “AzerTaym.az” Modern.az-a istinadən xəbər verir ki, toy mərasimi Goranboy rayonunun Ağcakənd qəsəbəsindəki “Ramal” şadlıq sarayında olub. Mehdi Əliyev yeganə şəxsdir ki, Xocalı soyqırımı zamanı bütün ailə üzvləri erməni quldurları tərəfindən qətlə yetirilib. Ailə quran Mehdi Əliyev polis əməkdaşıdır. Toy mərasimində də daxili işlər nazirliyinin rəhbərliyinin xüsusi qayğısı hiss olunub. Qeyd edək ki, Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 nəfərin hər biri Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı altındadır. Həmin gənclərin hər biri mənzillə təmin olunub. Yeni ailə quran Mehdi Əliyevə də Ağcakənd qəsəbəsində tam təmir olunan mənzil verilib.