Qərb Universitetində Xocalı faciəsi ANILDI

“Qərb Universitetində Xocalı soyqırımı anıldı

Bu gün Qərb Universitetində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

"AzerTaym.az" xəbər verir ki, tədbirdə soyqırım, onun dəhşətli nəticələri barədə məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni daşnaqları 366-cı alayın köməyi ilə xocalıları amansızcasına qırdı, əsrin ən böyük faciəsini törətdi. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Daha sonra Qərb Universitetinin tələbələrinin hazırladığı qısametrajlı film nümayiş etdirilib. 
Tədbir universitet tələbələrinin təqdimatında bədii kompozisiya ilə sona çatıb. 

Qərb Universitetində Xocalı soyqırımı anıldı

 






Fikirlər