Rusiya Yaxın Şərqdəki böhrandan Ukraynaya qarşı necə yararlanmağa çalışır?..

Rusiya Yaxın Şərqdəki böhrandan Ukraynaya qarşı necə yararlanmağa çalışır?..

Kreml ümid edir ki, Qərb Ukraynaya yardımı azaldacaq və qüvvələri İsrailə yönləndirəcək...
 
Rusiya Qərbin Ukraynaya yardımını azaltmaq üçün “HƏMAS”-ın İsrailə hücumundan informasiya əməliyyatları üçün istifadə etməyə çalışacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə  ABŞ-ın Müharibə Araşdırma İnstitutunun (“ISW”) hesabatında deyilir.
 
Rusiyada artıq Qərbin Ukraynanı dəstəkləmək üçün Yaxın Şərqdəki münaqişəyə laqeyd yanaşdığı fikrini yaymağa başlayıblar.
 
Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ Ukraynaya özünü təcavüzdən müdafiə etməyə dəstək vermək əvəzinə, İsraillə fələstinlilər arasındakı münaqişənin həllində iştirak etməlidir.
 
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, guya Rusiya, ABŞ, Avropa İttifaqı və BMT dördlüyünün münaqişəni həll etməsinə mane olan Qərb ölkələridir.
 
Rusiya təbliğatçıları Yaxın Şərqdə müharibənin başlamasına sevinirlər. Onlar inamlıdırlar ki, bu, Rusiyaya Ukraynaya təcavüzündə kömək edəcək, çünki indi Qərb Şərqdə “əbədi məşəli söndürməyə” və Ukraynadan üz döndərməyə başlayacaq.
Xatırladaq ki, dünən -oktyabrın 7-də İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Son məlumatlara görə, “HƏMAS”-ın İsrailə hücumu nəticəsində 300 nəfər ölüb, yaralananların sayı 800 nəfərə çatıb, əsir götürülən çox sayda insan Qəzzaya aparılıb.
 
İsraildə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib. Səhər saatlarından yayılan son məlumatlara görə, artıq İsrail ordusu “HƏMAS”-ın sərhədyanı ərazilərdə ələ keçirdiyi məntəqələrin çoxunu geri qaytararaq nəzarətə götürüb.
S.Laçın






Fikirlər