BAKIDA SİLAHLI İNSİDENT - Üç polis əməkdaşı və bir mülki şəxs qətlə yetirildi + FOTO (Yeniləib)

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı həlak olan polislərin adları da açıqlanıb.

Bu barədə də Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

3 polisi və qonşusunu qətlə yetirən R.Allahverdiyevin də fotosu yayılıb:

Fikirlər