Üç deputat-partiya sədrinin seçki açıqlaması – Nəyi gözləyirlər?

Parlament seçkilərində hansı seçki dairəsindən namizədliyimi irəli sürəcəyim barədə partiyanın qərarı yoxdur”.

BunuAzPolitika”-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.

“68 saylı Seçki Dairəsindən namizəd olmağa niyyətlənmişəm, amma bu barədə rəsmi qərar yoxdur”, - o əlavə edib.

VHP sədri Sabir Rüstəmxanlı da bildirib ki, parlament seçkilərində iştirakla bağlı qərarı hələlik verilməyib.

“Biz bu ayın sonunda toplaşacağıq və seçkilərlə bağlı qərarımız elan ediləcək. Bu qərarda təbii ki, mənim də seçkilərdə iştirakımla bağlı yekun mövqeyim əks olunacaq”, - partiya lideri deyib.

“Seçkilərdə iştirak etməli olsam, öz dairəmdən, 60 saylı Salyan Seçki Dairəsindən deputatlığa namizəd olacağam”.

Bunu “AzPolitika”-nın sorğusuna cavabında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.

“Getməli olsam”, deyərkən, bu qərar hansı qurum, yaxud şəxsən siz tərəfindənmi qəbul olunacaq” sualına F. Ağamalı belə cavab verib:

“Artıq cənab prezident bizim növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətimizlə bağlı Konstitusiya Məhkəməsinə müraiət edib. Ümid edirəm yaxın günlərdə bununla bağlı Sərəncam olacaq. Bizim partiyanın Ali Məlisinin iclası da bundan sonra keçiriləcək. Təbii ki, partiyanın mövqeyi mənim bir daha seçkilərdə iştirak etməyimlə bağlıdır. Hər halda gözləyək...”






Fikirlər