Baydendən Trampa ŞOK SÖZLƏR: “Arvadın hamilə ikən porno ulduzla yatmısan”

“Arvadın hamilə ikən porno ulduzla yatmısan”.

AzerTaym.az musavat.com-a istinadən bildirir ki, bu sözləri ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı prezidenti Cozef Bayden və keçmiş prezident Donald Tramp arasında seçkiqabağı teledebatda ölə prezidenti Cozef bayden deyib.

O, keçmiş prezident Trampı arvadına xəyanətdə ittiham edib.

Bu sözdən sonra Tramp Baydenə “mən porno ulduzla yatmamışam” deyə qısa cavab verib.

Qeyd edək ki, CNN-in təşkil etdiyi və canlı yayımladığı debatın ilk raundu saat yarım davam edib. İlk dəfə olaraq studiyada tamaşaçı olmayıb, iki CNN aparıcısı müzakirəyə moderatorluq edib və suallar verib. Bayden və Tramp növbə ilə danışıblar, bir iştirakçı danışarkən digərinin mikrofonu səssiz qalıb.

Müzakirənin birinci hissəsi Amerikanın daxili gündəmində olan iqtisadi problemlər, miqrasiya, abort və digər məsələlərə həsr olunsa da, söhbət tez bir zamanda beynəlxalq mövzulara keçib.

Debat iştirakçıları mütəmadi olaraq bir-birlərini yalan danışmaqda ittiham edir və bir-birlərini söz atəşinə tutublar.






Fikirlər