Aydın Sani: Özünü çöldə qoyan xanımcığazlar ...
"Qlamurkalar, özünü çöldə qoyan xanımcığazlar çıxıb efirə deyirlər ki, mənim səsim var. Sən kimsən? Bilirsən nə qədər insanın zövqünü bədbəxt edirsən? Mənim ürəyim bu cür ifaçılara və onların oxuduğu zövqsüz mahnılara bulanır". AzerTaym.az lent.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Aydın Sani deyib. "Əgər mənə desələr ki, biz bu axını silsək, sən də onun içində gedəcəksən, and olsun Allaha ki, buna razıyam. Bu cür ifaçılar çoxdur. Deyərlər ki, bu özü kimdir axı, belə böyük-böyük danışır. Məsləhət olsa, əgər mən də zövq korlamışamsa və o zövq korlayanlar arasındayamsa, önünüzdə bayraq tutub gedəcəyəm. Qoy efirlərimiz bu cür zövqsüz ifaçılardan təmizlənsin. Heç kim öz ayranına turş deməz. Efir səndən kübar və gözəl şəkildə oturuşu-duruşu istəyir.Mən yaşlı sənətkarlarımızı anlayıram ki, niyə dişlərini bərk-bərk sıxıb, kənarda "fısıldayırlar" və əsəbdən el dili ilə desək, zəncir çeynəyirlər".