Həmkarı Təranə Qumralı BİABIR ETDİ: QALMAQAL
Müğənni Təranə Qumral həmkarı Nazəninlə aralarında olan qalmaqala ifaçı Afət Fərmanqızını da daxil edir. Müğənni “Afət yanımda idi, Nazənin çayı mənim üstümə tökmək istədi” deyərək diqqətləri bu məsələyə yönəldib. A.Fərmaqızı Lent.az-a açıqlama verərək, T.Qumralın doğru danışmadığını bildirib: “Verilişə tam baxa bilməmişəm. Amma sonradan Nazənin xanımın prodüseri Pərviz Fəqanla danışdıq və məsələdən xəbərdar oldum. İndi demək istəyirəm ki, belə bir hadisə olmayıb. Elə bir şey də görməmişəm. Amma bir dəfə adını çəkmək istəmədiyim insan (red: Təranə Qumralı nəzərdə tutur) haradasa söhbət edərkən dedi ki, belə bir hadisə olub, inanmırsan, Afətdən soruş. Mən də bu söhbətin dərinliyinə varmadım. Məni heç bir şeydə şahid kimi göstərməsin. Belə bir şey olmayıb, olsa da kimdənsə qorxmuram, deyərəm”. A.Fərmanqızı bildirib ki, Təranə Qumralla küsülüdür: “Mən heç bu qadınla danışmıram. O, mənim müğənni Arzu Mələklə aramı vurmaq istəyirdi. İstəmirəm ki, yenidən bu məsələyə qayıdam. Amma məcburam. Bu insanla 2 kəlmə danışmaq mümkün deyil, adamın səsini yazır. Günlərin bir günü onunla oturub söhbət edirdik, birdən o, Arzu Mələk barəsində çox ağır söz dedi. Mən də onun dediyi sözü bir müddət sonra təkrar edəndə mənim səsimi yazıb, Arzu Mələyə atdı. Bu gün mənim Arzu Mələklə münasibətim yaxşıdır, amma adını çəkmək istəmədiyim şəxslə heç bir münasibətim yoxdur və olmayacaq da. Yəni belə təhlükəli adamdan kənar gəzmək lazımdı. Sən demə neçə il öncə bununla telefonda danışdıqlarımın hamısını gizlin yazıb, özündə saxlayırmış. Adama deyərlər ki, nə məqsədlə saxlayırsan? Bütün bunlardan sonra o votsapada məni küçə söyüşləri ilə təhqir etdi. Qadına yaraşmayan küçə ifadələrini işlətdi. Onun votsapda mənə söydüyü söyüşləri saxlayıram. Bilirsiniz nə üçün saxlayıram? Çünki mənim ürəyim yumşaqdır. Gələcəkdə çaşaram, barışaram, o səs yazısına qulaq asım, hər şey yadıma düşsün". İfaçı bildirib ki, bundan sonra adının T.Qumralla hallanmasını istəmir: “Mən onun adını heç bir yerdə çəkmirəm. Mənim adım da çəkilməsin. Bunu ona qadağa edirəm. Adımı bir də çəksə, məhkəməyə müraciət edəcəm. Mən o adamı ölənə qədər dindirməyəcəm”.