Müsavatçılar ikiyə bölünüb – Məclis seçki ilə bağlı hansı qərarı verəcək?

Bu gün Müsavat Partiyası Ali Məclisinin sessiyası keçiriləcək.

“AzPolitika” xəbər verir ki, ali orqanın iclası ötən həftə partiya Divanının qərarı ilə çağırılıb. Toplantıda Müsavatın 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməməsi məsələsi müzakirə olunacaq. Məclis partiyanın seçkidə iştirakına, yoxsa baykot yolu tutacağına dair qərar verəcək.

Bu ərəfədə Müsavat fəalları arasında sosial şəbəkələrdə geniş diskusiyalar başlayıb. Partiya rəhbərliyinə daxil olan bəzi şəxslər seçkilərdə iştirakın bir imkan olduğunu qeyd edirlər. Ancaq xarici ölkələrdə yaşayan müsavatçılar buna qarşı çıxır. Bu da partiya üzvləri arasında qarşılıqlı ittihamlara gətirib çıxarır.

“AzPolitika”-ya partiya daxilindəki mənbələrin verdiyi məlumata görə, Müsavat Məclisinin partiyanın ən azı seçkinin birinci mərhələsində iştirakına qərar verəcəyi gözlənilir. Son qərar isə imzatoplama və namizədlərin qeydə alınması mərhələsindən sonraya saxlanacaq. Əgər bu mərhələdə problemlərlə üzləşərsə, partiyanın seçkilərdən geri çəkiləcəyi bəyan olunacaq.

“AzPolitika.info” 






Fikirlər