Müsavat Partiyasının rəhbərliyi Yadigar Sadıqlıya və digər iki üzvə xəbərdarlıq edib

Картинки по запросу Müsavat Partiyasının rəhbərliyi

Müsavat Partiyasının Divanının qərarına əsasən, Yafəs Həsənova, Könül Şamilqızına, Nemət Kərimliyə və partiya başqanlığına iddialı Yadigar Sadıqlıya xəbərdarlıq edilib.

“Report” xəbər verir ki, bu barədə Y.Sadıqlı məlumat yayıb.

Y.Sadıqlı xatırladıb ki, iyulun 31-də Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib: “Lənkəranda olduğum üçün iştirak edə bilmədiyim iclasda partiya Nizamnaməsinə zidd qərar qəbul edilib.

O bildirib ki, Divan partiya rəhbərliyini və partiya üzvlərini nüfuzdan salan publik (ictimai) müzakirələrə son qoyulmasını, partiyadaxili müzakirələrin ictimailəşdirilməsinin partiyanın nüfuzuna xələl gətirdiyi və Müsavata qarşı olan qüvvələrin bu açıqlamalardan partiyaya qarşı istifadə etdiyi üçün belə halların yolverilməz olduğunun partiya üzvləri Yafəs Həsənovun, Könül Şamilqızının, Nemət Kərimlinin, Yadigar Sadıqlının diqqətinə çatdırılması barədə qərar qəbul edib: “Bu, mənim namizədliyimə qarşı administrativ resursdan istifadədən başqa bir şey deyil. Əslində həmin qərar daha çox məni dəstəkləyəcək, müdafiə edəcək şəxsləri çəkindirməyə hesablanıb. Mən heç zaman Müsavat Partiyasını nüfuzdan salan hərəkətlər etməmişəm. Əksinə, qürur və fəxrlə deyə bilərəm ki, Müsavata ən çox nüfuz qazandıran şəxslərdən biri olmuşam”.

Y.Sadıqlı qeyd edib ki, bu qərar partiyanın Nizamnaməsinə ziddir: “Nizamnaməyə əsasən, üzvün partiya seçkili orqanlarına namizəd göstərmək, seçmək və seçilmək, partiyanın siyasəti və əməli fəaliyyəti məsələlərini partiya yığıncaqlarında, mətbuat səhifələrində azad müzakirə və tənqid etmək, təklif və rəylər vermək, hər bir partiya orqanını və vəzifəsindən asılı olmayaraq istənilən partiya üzvünü tənqid etmək, bütün partiya orqanlarına müraciət etmək və cavab tələb etmək, mənsub olduğu partiya qurumunun bütün tədbirlərində prosesin gedişinə qarışmadan müşahidə etmək və qeydlər aparmaq hüququ var. Partiya üzvünə partiyadaxili və ictimai müzakirələr zamanı söylədiyi nitqlərə görə intizam tədbiri tətbiq edilə bilməz”.






Fikirlər