Müsavat başqanlığına sabiq namizəd yeni partiya yaradır

Müsavat başqanlığına sabiq namizəd yeni partiya yaradırAğ blok” müxtəlif partiyalarda təmsil olunan, lakin həmin təşkilatlarda yetərincə dəstəklənməyən gənclərin parlament seçkilərində birgə iştirakını təmin etmək məqsədilə yaradılıb”.

Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.
O, həmtəsisçisi olduğu “Ağ blok”un gələcək fəaliyyəti, formatı barədə fikirlərini açıqlayıb: “Bizim üçün önəmli olan yeni simaların siyasi arenaya çıxmasıdır. Azərbaycan cəmiyyətində artıq ənənəvi müxalifətdə olanlara inam yoxdur. Cəmiyyətimiz bəzi siyasətçilərin nəticəsi olmayan fəaliyyətindən yorulub. Bu baxımdan xalqın sosial sifarişini nəzərə alaraq belə bir bloku təsis etmək qərarına gəldik. İlkin mərhələdə hədəfimiz Azərbaycanda keçiriləcək parlament seçkiləridir. Bu seçkilərdə biz istər Bakı, istərsə də regionlardan olan gənc namizədlərlə təmsil olunmaq niyyətindəyik”.

Onun sözlərinə görə, blok gələcəkdə partiyaya çevrilə bilər: “Seçkidən sonra da blokun fəaliyyətini davam etdirmək niyyətindəyik. Sadəcə, formatını, daxili strukturunu müəyyənləşdirəcəyik. Blokun gələcəkdə partiyaya çevriləcəyini də istisna etmək olmaz. Ancaq bütün bunlar sonrakı mərhələdə baş tutacaq. Blok qarşısına qoyduğu məqsədlərə çata biləcəksə, onun formatı dəyişəcəyik. Ümid edirəm ki, fəaliyyətimiz uğurlu olacaq”.

Müsavat başqanlığına sabiq namizəd yeni partiya yaradırMüsavat Partiyası Mərkəzi İcra aparatının rəhbəri Gülağa Aslanlı isə APA-ya açıqlamasında T. Abbaslının partiya yaradacağı təqdirdə Müsavatdan kənarlaşdırılacağını vurğulayıb: “Müsavat Partiyasının Nizamnaməsində açıq şəkildə yazılıb ki, başqa partiyanın üzvü, Müsavatın üzvü ola bilməz. Kimsə partiya yaradıb onun üzvü olacaqsa, Müsavat üzvlüyündən azad olunacaq”.

Xatırladaq ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu da “Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatını yaradıb və bundan sonra partiyadan kənarlaşdırılıb.






Fikirlər