15.08.2014- G.Aslanlı A.Hacılının namizədliyini dəstəkləyəcək
Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı başqan müşaviri Səxavət Əlisoyun fikrinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, S. Əlisoy Müsavat başqanının türk olmasının vacib olduğunu deyib.
G. Aslanlı isə bildirib ki, Azərbaycan vətəndaşı olan hər kəs Müsavat Partiyasının üzvü ola bilər və partiyanın hər bir üzvünün də Müsavatın istənilən orqanına seçmək və seçilmək hüququ var: “Buna görə də Müsavat başqanlığında da hansısa dini, irqi və ya millət məhdudiyyəti ola bilməz”.
G. Aslanlı başqanlıq seçimlərində partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının namizədliyini müdafiə edəcəyini qeyd edib. Bununla belə, o, özünün başqanlığa namizəd olacağını da istisna etməyib: “Əgər mənim dəstəklədiyim namizəd öz namizədliyini irəli sürməyəcəksə, onda mən bu barədə düşünəcəyəm”.