ABŞ PREZİDENTLƏRİNİN SUİ-QƏSD TARİXİ – Sağ qalanlar və həlak olanlar (SİYAHI)
Məlum olduğu kimi, ABŞ-nin 45-ci lideri, noyabrda baş tutacaq prezident seçkilərində Respublikaçıların namizədi Donald Tramp ötən gün Pensilvaniya ştatında qatıldığı mitinq zamanı sui-qəsdə məruz qalıb. Keçmiş prezidentin qulağından yaralanması ilə nəticələn hücumda bir nəfər həlak olub. Trampı öldürməyə cəhd edən Metyu Kruks adlı 20 yaşlı gənc isə qarşıdurma zamanı həlak olub. Trampa qarşı məlum hücum ABŞ-də sui-qəsdə məruz qalan ölkə başçılarını gündəmə gətirib. Qeyd edək ki, ABŞ-nin 46 liderindən 17-si sui-qəsdə məruz qalıb ki, onlardan 4-ü bu silahlı hücumlar nəticəsində həyatını itirib. Həmin şəxslərin siyahısını təqdim edirik: Avraam Linkoln Keçmiş ABŞ prezidenti Avraam Linkoln 1865-ci il aprelin 14-də həyat yoldaşı Meri Todd Linkolnla Vaşinqtonda “Bizim amerikalı qohumumuz” komediya tamaşasında iştirak edərkən qətlə yetiriliblər. Hücumdan bir gün sonra xəstəxanada vəfat edən Linkoln, öldürülən ilk ABŞ prezidenti olub. Həmin vaxt onun öldürülmə səbəbi kimi qaradərililərin hüquqlarını dəstəkləməsi göstərilirdi. Ceyms Qarfild ABŞ-də öldürülən ikinci prezident Ceyms Qarfilddir. 2 iyul 1881-ci ildə, vəzifəsinin 6-cı ayında silahlı hücuma məruz qalan Qarfild xəstəxanda dünyasını dəyişib. Uilyam Makkinli Ölkədə üçüncü sui-qəsd 1901-ci il sentyabrın 6-da baş verib. Uilyam Makkinli silahlı hücum nəticəsində həyatını itirib.O, Nyu-Yorkdakı çıxışından sonra insanlarla əl sıxışarkən güllələnib. Con Kennedi ABŞ-də ölümlə nəticələnən sonuncu sui-qəsd 1963-cü ilin noyabrında ölkənin 25-ci prezidenti Con Kennediyə qarşı olub. Kennedi həyat yoldaşı Caklin Kennedi ilə Dallasda olarkən ona silahla hücum edilib. Kennedi xəstəxanaya aparılıb və qısa müddət sonra dünyasını dəyişib. Bundan əlavə, sui-qəsd cəhdlərindən yayınıb sağ qalmağı bacaran 13 ABŞ prezidenti olub: Endryu Cekson O, 1835-ci ildə sui-qəsd cəhdindən, silahlının silahdan yanlış istifadə etməsi səbəbindən sağ qalıb. Teodor Ruzvelt 1912-ci il oktyabrın 14-də qatil onu 38 kalibrli revolverlə sinəsinə vurduqdan sonra qeydlər və döş cibindəki metal eynək qutusu onu xilas edib. Herbert Huver 1928-ci ildə And dağlarını ziyarət edərkən az qala öləcəkdi. Argentinalı anarxistlər onun qatarını partlatmağa cəhd ediblər, lakin qatil olmaq istəyən şəxs relslərə bomba yerləşdirə bilməmiş yaxalanıb. Franklin Ruzvelt 1933-cü ildə Mayamidə atışma zamanı sağ qalıb. Harri Trumen Bu prezident həyatına iki sui-qəsd cəhdindən xilas olub. İlk dəfə 1947-ci ildə ona poçtla bombalar göndərilib. İkinci dəfə - 1950-ci ildə millətçilər Oskar Kolzyaso və Qriselio Torresola Ağ evin təmiri zamanı Trumenin yaşadığı Bleyer evinə basqın etməyə cəhd ediblər. Riçard Nikson 1917-ci ildə bir kişi prezidenti hədəf alıb, onun olduğu təyyarəni qaçırıb Ağ evə çırpmağa cəhd edib. Cerald Ford O, 1975-ci ilin sentyabrında Kaliforniyada iki sui-qəsd cəhdindən də sağ çıxıb. Əvvəlcə Fordu öldürmək istəyən hücumçunun döyüş sursatı bitib. İkinci dəfə zərbə dəqiq alınmayıb. Cimmi Karter Polis 1979-cu ildə prezidentə sui-qəsd etməyə cəhd edən şəxsi həbs edib. Ronald Reyqan 1981-ci ildə Con Hinklinin atəş açması nəticəsində ağır yaralanıb, lakin həkimlər vaxtında Reyqanı əməliyyat ediblər və o, sağ qalıb. Bill Klinton Onun həyatına bir neçə dəfə sui-qəsd cəhdi edilib, üçü təkcə 1994-cü ildə. Ona pusqu qurublar, avtomobilini taran ediblər, onun gedəcəyi yola partlayıcı yerləşdiriblər və atəş açıblar. Xoşbəxtlikdən, bütün cəhdlər uğursuz oldu. Corc Buş 2005-ci ildə Buş və Gürcüstan prezidenti Mixail Saakaşvilinin çıxışı zamanı səhnəyə qumbara atılıb, amma partlamayıb. Barak Obama Obama hələ 2008-ci ildə prezidentliyə namizəd olarkən, Paul Splesselman və Daniel Kovart adlı iki ağdərili supremasist onu öldürmək üçün sui-qəsd hazırlayıblar, lakin polis təfərrüatlı planı üzə çıxarıb və sui-qəsd cəhdinin baş verməsindən xeyli əvvəl hücumçuları həbs edib. “AzPolitika.info”