Türkiyədə məşhur azərbaycanlı siyasətçiyə QARÇI SUİ-QƏSD
Türkiyədə Milliyətçi Hərəkat Partiyasından çıxarılan İğdırdan millət vəkili milliyətcə Azərbaycan türkü olan Sinan Oğana qarşı sui-qəsd cəhdi olub. İstiPress-in məlumatına görə, Samsun şəhərində sahibkarlar görüş zamanı 19 yaşlı S.A (adı açıqlanmır – red.) tapança ilə Sinan Oğana yaxınlaşmaq istəyib. Lakin azərbaycanlı siyasətçinin mühafizəçiləri onu görüb və dərhal zərərsizləşdiriblər. Şübhəli polis idarəsinə aparılıb, ifadəsi alınır. AzerTaym.az