Dövlət Baxçalı deputatları partiyadan qovdu - Aralarında AZƏRBAYCANLI da VAR

Türkiyənin Milliyətçi Hərəkat Partiyası 4 üzvünü partiyadan qovub. 

 Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. 
Məlumatda bildirilir ki, Mərkəz İntizam Heyətinin aldığı qərara əsasən, Balkesirin millət vəkili İsmayıl Ox, Kayserinin millət vəkli Yusif Halaçoğlu, İspartanın millət vəkili Nuri Okutan və əslən azərbaycanlı olan eks-deputat Sinan Oğan partiyadan uzaqlaşdırılıb. Hər 4 deputatın partiya ilə əlaqəsi kəsilib. 
Partiyanın Mərkəz İntizam Heyətinin başçısı Xəlil Öztürk yazılı açıqlamasında millət vəkillərinin partiya nizamnaməsinin 11. 79 və 81-ci maddələrinə uyğun olaraq kənarlaşdırıldığını bildirib. 
Xəlil Öztürk millət vəkilləri haqda qərarın bu keçirilən gizli səsvermə yolu ilə verildiyini vurğulayıb.
 Qeyd edək ki, 2015-ci ildə Sinan Oğan partiyadan uzaqlaşdırılıb. Amma sonradan məhkəmənin qərarı ilə onun partiyaya üzvlüyü bərpa edilib. O, MHP-nin hazırkı rəhbəri Dövlət Baxçalının əsas əleyhdarı hesab edilir






Fikirlər