Bu prezidentlə heç kim salamlaşmır (FOTO) Fransada keçirilən son ictimai araşdırmada Fransua Ollandın xalqın dəstəyini itirdiyi məlum olub
Fransanın prezidenti Fransua Ollandın qəribə fotosessiyası yayılıb.
Fotosessiyada Ollandın müxtəlif ölkə başçıları ilə salamlaşdığı zaman çəkilən şəkillər əks olunub.
Şəkilləri xəbər mövzusu olmasının səbəbi isə foto-müxbirin ustalıqla Ollandın salamlaşmaq üçün əlini uzatdığı zaman qarşı tərəf ona cavab verməyə macal tapmadan bu anları çəkməsi olub.
Bu fotoları yayan və “Bu necə prezidentdir” başlığından istifadə edən Fransanın “Volkskrant” qəzeti ölkə əhalisinin seçkidən əvvəl Ollanda böyük ümidlər bəslədiyini qeyd edib.
Qəzet həmçinin bildirib ki, Fransada keçirilən son ictimai araşdırmada Fransua Ollandın xalqın dəstəyini itirdiyi məlum olub.