PSIXOLOQ: "Psixoloq adı müxtəlif dələduzlar üçün kamuflyaj kimi istifadə edilir"

Özünü həkim, psixoloq elan edənlərin sayı çoxalıb. Psixologiya sahəsi insanların tələbatından istifadə edən ov sahəsinə çevrilib. Tanışlıq və münasibət qurmaq üçün də bu peşədən sui-istifadə edənlər var. Psixologiya falçılar və öngörücülər üçün kamuflyaj rolunu oynayır. Bu insanlar sadəcə maddi olaraq qazanc əldə etmir, özlərinə imic yaradır, qarşı cinslə münasibət qura bilir".

''AzerTaym.az'' bildirir ki,bu sözləri demokrat.az-a açıqlamasında psixoloq Ramil Nəcəfli deyib: 

O bildirib ki, universitetlərdə psixologiya təhsili elmi olaraq verilir:

"Diplom aldıqdan sonra ixtisas artırmaq, müxtəlif kurslara getmək lazım gəlir. Özünü psixoloq adlandıran elə adamlar var ki, gedir hardasa psixologiya istiqamətində kursdan keçir, sertifikat əldə edirlər. Daha sonra hesab edirlər ki, psixoloqdurlar. Ölkəmizdə belə bir problem yaranıb. Mənim düşüncəmə görə psixologiya fəaliyyəti üçün baza təhsili olmalıdır. Kurslar isə təkmilləşdirmə məqsədi daşımalıdır. Təəssüf ki, bu məsələ üzərinə çox danışılsa da, Azərbaycanda konkret mexanizma yoxdur. Hər kəs özünü insanlara kömək etmək adı ilə qələmə verir. Psixoloq adından komuflyaj olaraq öz məqsədləri üçün istifadə edirlər. Falçılıq, kart açmaq, astrologiya, kəhanət edənlər əllərinin altında psixologiyadan istifadə edirlər. Bunun qarşısı alınmalıdır. Belə davam edə bilməz. Psixologiya fakultəsini bitirən insanların əksəriyyəti dövlət işləri, dövlət qulluğunda və başqa sahələrdə işləyirlər. Çünki əksəriyyətinin məqsədi başqa peşə sahibləri kimi sadəcə diplom almaq olub. Psixoloq olmaq arzusunda olan insanlar da sertifikat və.s alıb fəaliyyət göstərirlər".

Psixoloqun sözlərinə görə, sistemli şəkildə bu problemlə məşğul olmaq lazımdır:

"Danışmaqla bunun qarşısını almaq mümkün deyil. Dövlət qurumları bunun qarşısını almaq üçün mexanizm qurmalıdır. Psixoloqlara da tələbat artıb. Klinik psixologiya insanları daha çox cəlb edir. İnsanlara həyatları ilə bağlı məlumatları demək insanlara daha maraqlı gəlir. Daha çox başqa sahələrdən əlini üzən insanlar psixoloq, psixoterapevt, nevroloqlara  müraciət edirlər. Tələbat çox olsa da, müraciət azdır. Bunda qəbul qiymətlərinin çox olması da rol oynayır".






Fikirlər