Sabiq nazir müavini kosmetoloqlara "krişalıq" edir - ŞOK DETALLAR
Son vaxtlar bəzi klinikalarda aparılan yoxlamalar, xüsusilə, estetik cərrahlarla bağlı məsələlər əsas gündəm mövzusudur. Buna görə də plastik, kosmetoloji prosedurlar etdirən və yaxud etdirmək istəyən şəxslər üçün bir sual maraqlıdır. Canını kimə etibar etsinlər? AR-sı qanunlarına görə, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər. Xəbərimizə səbəbsiz belə başlamadıq. Belə ki, keçmiş nazir müavini Natiq Məmmədov yığdığı pullarla özünə klinika açıb. Klinka da nə klinika. Deməli, Azərbaycanda bir çox kosmetoloq adı altında çalışan xanımlar məs "N-Laz"-ın "krişası" altında fəaliyyət göstərir. Olayı bir az da sadələşdirsək belə demək olar kı, məsələn siz kosmetoloq olmaq istəyirsiniz, amma tibb sahəsində heç bir biliyiniz yoxdur. Amma gözəl və nəğd pulunuz Son vaxtlar Səhiyyə Nazirliyi və müvafiq hüquq mühafizə orqanları analoji məsələ ilə bağlı böyük əməliyyatlat keçirsə də, bəzi rəhbərlər hələ də qanunları görməzdən gəlir. Müxalifət.az "N-Laz" klinikası ilə bağlı bir az araşdırma aparmaq istəyəndə, Natiq Məmmədovun yeznəsi Zülfiqar Fərəcovun həmin klinikada direktor, bacısı Şeyda Fərəcovanın isə təsisçi olduğunu öyrəndi. Əldə etdiyimiz digər xəbərə görə, son olaraq klinikanın təsisçisi Şeyda Fərəcova kosmetoloq adı altında Aytən Bağırovanı klinkaya gətirərək, qanuna zidd şəkildə onun fəaliyyətini təşkil edib. Onu da qeyd edək ki, özünü həkim təqdim edən Aytən Bağırova kimi bir sıra xanımlar da "N-Laz"-da "həkimlik fəaliyyəti göstərir.
varsa, keçmiş nazir müavini sizə rahat şərait yarada bilər.
Reportajda adı çəkilən şəxslərin də mövqeyin işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayarıq!