Dünyanın ən maraqlı Yeni İl ADƏTLƏRİ

Bəziləri əjdaha rəqsi edir, bəziləri kətilin üzərindən tullanır, bəziləri də çoxlu yeyərək qarşılayır Yeni İli. Beləcə, dünya ölkələrində Yeni İli qarşılamaq adətləri bir-birindən fərqlənir...

 

Publika.az dünyanın müxtəlif ölkələrində Yeni İlin qarşılanması ilə bağlı adətləri təqdim edir.

 

ABŞ-da Yeni İl

Bu ölkədə müxtəlif millətlərə məxsus insanlar yaşadığından, bayramla bağlı dini məsələlər əyləncə istiqamətinə yönəlib. Yeni İli evdə qeyd edənlər hind toyuğu bişirir və şərab içirlər. Bu gecəni küçədə qeyd edənlər adətən sampan şərabı və gözəl yeməklə bayramı qeyd edirlər.

Qəribəsi budur ki, ABŞ-da Yeni İl idman müsabiqəsi kimi də qeyd olunur. Adətən bu günlərdə Amerikada futbol oyunları təşkil edilir. Bir çox insan həmin gecəni oyuna baxmaqla keçirir.

 

Çində Yeni İl

 

Çində Yeni İlə baraban çalaraq girirlər. Bununla da pis ruhları evdən uzaqlaşdırdıqlarını düşünürlər. Qrup şəklində əjdaha rəqsi edilir. Bu gün insanlar bir-birinə qonaq gedir və qırmızı zərfdə  pul hədiyyə edirlər. Bunun qarşı tərəfə uğur gətirəcəyi düşünülür.

 

Yaponiyada Yeni İl

 

Yaponiyada dindarlar bu gündə məbədə gedib dua edirlər. Yeni İlə girərkən məbəddə zəngləri 108 dəfə çalırlar. Bununla şeytanı uzaqlaşdırdıqlarına inanırlar.

Həmin gün düyüdən hazırlanan və Moçi adı verilən kekslər bişirilir.

Evlərin girişinə uğur gətirəcəyinə inandıqları örtüklər asılır.

 

Fransada Yeni İl

 

Bu ölkədə Yeni İldə böyük əyləncələr təşkil edilir. Bu zaman insanlar bir yerə toplaşaraq əylənir, bu, həm də bütünləşmək kimi qəbul edilir. Buna Reveillon əyləncələri daxildir. Hətta başqa ölkələrdə yaşayan fransızlar da bir yerə toplaşıb bu əyləncəni təşkil edirlər.

 

Danimarkada Yeni İi

 

Danimarkada insanlar il boyunca bütün qırılmış boşqablarını saxlayırlar. Yeni İl gecəsi həmin boşqabları qapının ağzına qoyurlar. Nə qədər çox boşqab olarsa, bu, o qədər çox dostun evə gələcəyi deməkdir. Saat 12 tamam olanda bir stul üzərinə çıxıb tullanırlar.

 

İspaniyada Yeni İl

 

İspanlar gec yemək yeməyi sevdiklərindən, Yeni İl gecəsini də ləzzətli yeməklər yeyib, fərqli içkilər içməklə keçirirlər. 12 tamam olanda 12 ədəd üzüm yeyirlər. Bunun yeni il üçün uğur gətirəcəyinə inanırlar.

 

Almaniyada Yeni İl

 

Almaniyada Yeni İl gecəsi bütün ailə bir yerə toplanır. Bu ölkədə bir qayda olaraq axşam yeməyində masada hər şey qurtarmadan süfrədən qalxırlar. Bununla da gələn ildə bolluq olacağına inanırlar.

 

Braziliyada Yeni İl

 

Bu ölkədə Yeni İl günü yeməklərdən daha çox geyimə diqqət edirlər. Həmin gün insanlar qırmızı alt paltarı geyinir. Paltarların isə rəngarəng olmasına önəm verilir. Qırmızı paltar geyinənlər yeni ildə həyatlarına sevgi arzulayır, sarı geyim isə sevgi yox, pul istəyənlərin seçimi olur.

 

Kolumbiyada Yeni İl

 

Kolumbiyada insanlar səyahət etməyi sevdiklərindən, bu vərdişlərini Yeni İl günü də unutmurlar. Həmin gün boş çemodanlarla küçədə gəzirlər.

 

Panamada Yeni İl

 

Bu ölkədə Yeni İl günü insanlar həyatlarındakı önəmli insanların gəlinciklərini hazırlayır və yandırırlar. Bu, sevgi simvolu kim dəyərləndirilir. Bu gəlinciklər Muneco adlandırılır.

 

İsveçrədə Yeni İl

 

Bu ölkədə insanlar bayram günü bir-birilərinə hədiyyə verirlər. Az qala, bütün günü əllərində hədiyyə ilə gəzirlər. Ən çox verilən hədiyyə isə viskidir.

 

Belarusda Yeni İl

 

Bu ölkədə əsas Yeni İl inancı evlənmək üzərinə qurulub. Belə ki, Yeni İl gecəsi evlənməmiş qızlar qarğıdalı dənlərini eyni vaxtda isti tavanın üzərinə qoyurlar. Kimin dəni daha tez partlasa, bu onun daha tez ailə quracağına işarədir.

Başqa bir oyunda isə evli qadın otaqda bir az çörək və üzük gizlədir. Evlənməmiş qızlar isə axtarır. Çörəyi tapanın zəngin biri ilə ailə quracağına, üzüyü tapanın yaraşıqlı biri ilə ailə quracağına inanırlar.

 

Estoniyada Yeni İl

 

Bu ölkədə kişilər ilin son günü 7 dəfə yemək yeyirlər. Bununla da yeni ildə 7 dəfə daha güclü olacaqlarına inanırlar.

 






Fikirlər