ORHAN GƏNCƏBAY: “12 sentyabr ÇEVRİLİŞi zamanı “ ALLAh RAZI OLSUN” deyənlərdən idim”

Orhan Gəncəbay: “12 sentyabr çevrilişi zamanı “Allah razı olsun” deyənlərdən idim”

Mənim şarkılarıma “Avtobus, taksi musiqisi” deyirdilər, İstanbulda 15 min taksi, avtobus vardı, albomum isə 1 milyon nüsxə satılırdı”

 

 

Ötən əsrin 70-ci illərində “Batsın bu dünya"  şarkısı llə Türkiyədə məşhurlaşan  Orhan Gəncəbay o dönəmdə ölkəsinin çox böyük  əziyyətlər  çəkdiyini bildirərək, "Mən də 12 sentyabr çevrilişinin "Allah razı olsun" deyənlərdənəm"  deyib.
"Habertürk"ə danışan  Orhan Gəncəbay TRT-dəki qadağalı illərindən siyasətlə əlaqəsinə, 12 sentyabr çevrilişindən şəxsi həyatına qədər bir çox məsələlər barəsində maraqlı açıqlamalar verib. 
Gəncəbay o illərdə əslində bir ara TRT sənətçisi olduğunu, ancaq ideyalar xüsusunda anlaşa bilmədiklərini söyləyib:
"Mən ağıl və duyğunun azad olmasının tərəfdarıydım, tabulara qarşıydım. 10 ay çalışıb ayrıldım. Sonra xalqımızın sevgisi mənə dünya çapında bir şöhrət qazandırdı. Sevgi o qədər böyük idi ki, TRT xüsusi günlərdə məni efirə çıxarmağa məcbur olurdu".
- Proqram üçün dəvət necə gəlirdi?  Telefonda soyuq bir səs “Gəlin səhnəyə çıxın"mıı deyirdi? 
 
- İlk təklif edən Uğur Dündar idi. "Yaşadığımız günlər"  proqramına çıxdım . Sonra başqa proqramlara da çağırdılar.
 
- Gedən zaman sizinlə pis davranırdılar? Özünüzü zənci kimi hiss edirdiz? 
- TRT-nin tərzini bildiyim üçün alınqanlıq etmirdim. Məni ilk dəfə efirə çıxardanda  TRT-nin Türkiyə radioları müdiri istefa verdi. Səbəbi məni efirə çıxarmaları olacaq şey deyilmiş. 
- Alınıb, küsürdünüzmü? 
- Xeyr. Çünkü onları bilirdim. TRT o zamanlar tək olduğu üçün məşhur olmaq üçün istəyən  hər kəs TRT ilə yaxşı münasibətdə olmağa məcbur idi. Mənim isə eynimə deyildi. Xalqımızın sevgisi mənə dünya çapında böyük tiraj gətirmişdi . Televiziyaya çıxmağım şərt deyildi. 
- 70-ci illər sizin üçün qızıl illər idi, amma, deyəsən ,ölkə üçün bu belə deyildi...
 
- 70-ci illərdə "sağçı ", "solçu" ayrılmaları başladı. Minlərcə insanımız öldürüldü. 10 minlərlə insanımız yaralandı. Bu olayların bədəlini acı şəkildə ödədik. Dəmirel-Ecevit koalisyonu vardı. 6-7 ay prezident seçimi olmadı.11 sentyabr axşamına qədər 115 tur  keçirilidi. 12 sentyabrda çevriliş oldu. Çevriliş olduğu gün xalqımızın 98 faizi “Allah razı olsun” dedi. Çünkü can güvənliyi yox idi. 
- Siz necə qarşıladız 12 sentyabr çevrilişini?
- Mən də “Allah razı olsun” deyənlərdən idim. Topun ağzındaydıq. Can güvənliyimiz getmişdi. Rahat şəkildə evimizə gedə bilmirdik. 
- İndi dönüb geri baxdığınızda "yaxşı ki, çevriliş oldu" deyirsiz yəni? 
- Çevriliş olana qədər çəkdiyimiz olayları düşünərək deyirəm. Gənclər bunu heç bilməzlər. Çevrilişdən öncəni və sonranı ayrı ələ almaq gərəkdir. Çevrilişdən sonra illərlə acı olaylar oldu. Heç birini təqdir etmədik. O ayrı məsələdir...
- 70-80-ci illərdə bəziləri sizə dəyər vermirdi, amma 2008-ci illərdə Orhan baba dinləmək daha "cool" bir şey oldu. Bu dəyişimi necə qarşılayırsız?
- Əslində belə deyildi, amma belə hesab edirdilər. Mənə qara yaxmaq üçün “Avtobus, taksi musiqisi" deyirdilər. Bir gün İstanbulun nəqliyyat müdiri rəhmətlik Sadəttin Savaşdan “İstanbulda nə qədər avtobus, taksi var?” deyə soruşdum, "15 min” dedi. Mənim albomum yalnız İstanbulda bir milyon sayda satılırdı. Avtobus musiqisi oxuyuramsa geriyə qalan 985 min albomumu kim alırdı? Öz fikirləri ilə mənə zərər verməyə çalışırdılar.
(musavat.com)
 






Fikirlər