APTEKLƏR ŞƏBƏKƏSİNDƏKİ ƏMƏLİYYATIN SƏBƏBİ MƏLUM OLDU - BAŞ DİREKTOR HƏBS EDİLDİ

 

127324_res_01Bakı şəhərində fəaliyyət göstərən “AVİS” aptekində dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib. 
Baş Prokurorluğun mətbuat xidməti xəbər verir ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə “Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən AVİS aptekində bir qutusunun qiyməti 326 manat olan “Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vasitələrinin qanunsuz satılması müəyyən edilib.

“Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O. Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitələri, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb. Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı “Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən “AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən “AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən “AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitələri aşkar edilib.

“Maymed” MMC-nin direktoru Elmir Məhərov vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq həmin dərman vasitəsinin ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb. E. Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, E.Məhərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

***

***********

f922c148-5051-4bc3-8af3-b6b0aee422d9_292Avis” Tibbi Marketlər şəbəkəsində əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirib. Tibbi Marketlərinin direktoru Elmir Məhərov isə Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham edildiyi məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, E.Məhərov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq) və 200.1-ci (istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ötən gün E.Məhərovu saxlayıblar. Bu gün o, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılacaq.
Xatırladaq ki, “Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb.

img1994787

 ********************
Bakıda fəaliyyət göstərən “Avis” apteklərində əməliyyat keçirilib. Bu barədə məlumatı Musavat.com-a aptek işçilərindən biri verib. Məlumata görə, əməliyyat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilib və bütün aptekləri əhatə edib. Əməliyyat zamanı saxlanılanlar olub, bir neçə aptek nümayəndəsi isə izahat alınması üçüm DTX-yə aparılıb. 
İlkin məlumata görə, əməliyyatın keçirilməsinə bu apteklərdə satılan dərman vasitələrinin keyfiyyəti ilə bağlı kütləvi şikayətlər səbəb olub. “Avis” apteklərindən alınan dərmanlardan ziyan çəkənlərin olduğu bildirilir.
“Avis” tibbi marketinin Türkiyə vətəndaşı olan baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumatlar var.
Musavat.com-un əməkdaşı şirkətin müştəri xidmətləri ilə əlaqə saxlayıb. Şirkətdən Bakıda “Avis” apteklərinin hamısının bağlı olduğunu təsdiqləyiblər. Müştəri xidmətlərinin əməkdaşı bildirib ki, bu, müvəqqəti xarakter daşıyır. O, əməliyyat keçirilməsi barədə məlumatı təsdiqləməyib və apteklərin hamısının birdən bağlanmasını mal sayımı ilə əlaqədar olduğunu iddia edib.
Qeyd edək ki, Avis Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Həmin yanvarında şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki fəaliyyətə başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 9 aptek açıb. 2006-cı il mart ayından Azərbaycanda ilk “Tibbi Market” konseptli xidmət göstərilməsinə başlanılıb. Bütün şöbələr Avis Tibbi Marketlər kimi adlandırılıb.
  

“Bizim Xidmət Avis apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməyib. Bu barədə yayılan məlumat həqiqəti əks etdirmir”. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Avis apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməsi və həbs olunanların olduğu barədə yayılmış məlumatla bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Onu da qeyd edək ki, Avis Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 9 aptek açıb.

 






Fikirlər