BAŞÇI növbəti dəfə əhalinin QAYĞILARI İLƏ maraqlandı - FOTOLAR
"AzerTaym.az" bildirir ki, sakinlərlə görüşlərini davam etdirən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti görüşünü rayonun Aşağı Nüvədi qəsəbəsində keçirib. Görüşdə İcra aparatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, habelə xidmət sahələrinin təmsilçiləri və 300 nəfər qəsəbə sakini iştirak etmişdir.
İcra başçısı görüşü açaraq ölkənin sosial-iqtisadi və mədəni həyatında baş verən müsbət irəliləyişdən, cənab Prezident İlham Əliyevin ardıcıl səyləri ilə həyata keçirilən sosial-iqtisadi islahatlardan, bu islahatların uğurla aparılması nəticəsində əldə olunan nailiyyətlərdən danışaraq bunları ölkədə mövcud olan və getdikcə möhkəmlənən siyasi sabitliyin və dövlət-xalq birliyinin bəhrəsi olduğunu söyləmişdir. Natiq dünyada baş verən iqtisadi böhran şəraitində Azərbaycanda sosial-iqtisadi inkişafın sürətlə davam etməsini cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin məntiqi nəticəsi olduğunu vurğulamışdır. Natiq bütün Azərbaycan xalqı kimi, lənkəranlıların da cənab Prezidentin həyata keçirdiyi anti-böhran tədbirlərini sonsuz sevinc hissi ilə qarşıladığını bildirərək, onları Heydər Əliyev siyasi kursunun qələbəsi naminə cənab Prezidentin ətrafında daha da sıx birləşməyə və vətənimizin tərəqqisinə səy göstərməyə çağırmışdır.
Qəsəbə sakinləri çıxış edərək ölkədəki dinamik inkişafın və siyasi sabitliyin bundan sonra da davam etməsi üçün həmişə cənab Prezidentin yanında olacaqlarını, Heydər Əliyev inkişaf kursunun xoşbəxt gələcəyə aparan ən etibarlı, sınanmış yol olduğunu, heç bir kənar qüvvənin onları bu yoldan döndərə bilməyəcəklərini bəyan edərək göstərilən davamlı diqqətə və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını bildiriblər. Görüş zamanı İcra başçısı sakinlər tərəfindən qaldırılan təkliflərlə bağlı müvafiq tapşırıqlarını vermişdir.