"Apple"ə cinayət İŞİ AÇILIB

"Apple"ə cinayət işi açılıbTexnologiya nəhəngi Apple-ə, iPhone 6 telefonunda bəzi texnologiyaların oğurlandığı iddiası ilə cinayət işi açılıb.

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən "Immersion" adlı texnologiya şirkəti, iPhone 6 telefon modellərində bəzi yeni funksiyalar səbəbiylə "Apple"ə qarşı 3 patent iddiası qaldırıb.

"Immersion" adlı şirkət, "Apple"ın iPhone 6S və iPhone 6s Plus telefonlarında olan Fors Touch və 3d Touch texnologiyalarının oğurlanmış olduğunu iddia edir.

Apple, Yanvar ayının sonunda açıqladığı maliyyə nəticələrində, Oktyabr-Dekabr dövründə dünya üzrə 74,8 milyon iPhone satıldığını açıqlamışdı. Bu miqdar iPhone-un bazara çıxdığı 2007-ci ildən bəri ən aşağı satışlardan biridir. İldən ilə iPhone satışları azalır.

AzerTaym.az






Fikirlər