Bu gün Stiv Cobs günüdür
Dünya Stiv Cobsu interneti insanların cibinə gətirən dahi adlandırır
O, 1955-ci ilin 24 fevralında Amerikanın Kaliforniya ştatının San-Fransisko şəhərində dünyaya gəlib. Uşaq yaşlarından valideyn himayəsindən məhrum olan Stiv Cobs 1976-cı ildə, 21 yaşında dostu və tərəfdaşı Stiv Voznyakla birlikdə ilk “Apple” personal kompüterini yaradıb. 1984-cü ildə həmin kompüterlər üçün ilk dəfə olaraq “Macintosh” sistemini kəşf edib.
Stiv Cobs
1985-ci ildə özünün yeni kompüter şirkəti olan “Next”i qurub. 1997-ci ildə böyük təkidlərdən sonra Cobs məsləhətçi kimi “Apple” şirkətinə qayıdıb. 2000- ci ildə isə şirkətin idarə heyətinin sədri seçilib və “Apple”nin korlanmaqda olan imicini yaxşılaşdırıb. 2001-ci Stiv Cobs “iPad”ı yaratmaqla musiqi sənayesində əsaslı dəyişikliklər edib. Bu sistemə milyardlarla musiqi parçası yükləmək mümkündür.
2007-ci ildə isə o, məşhur “iPhone” telefonunu yaradıb. 3 il sonra, 2010-cu ildə isə Stiv Cobsun iştirakı, texnologiyanın yeni imkanlarından istifadə etməklə “iPad”ın yeni modeli yaradılıb. 2011-ci ilin avqustunda isə informasiya texnologiyaları dahisi “Apple” şirkətinin sıralarını tərk edib. 2011-ci il oktyabrın 5-i isə Stiv Cobsun həyatında son gün oldu. O, 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi.
Stiv Cobsun gəncliyi
Bu gün bütün dünyada Stiv Cobs günü kimi qeyd edilir. “Apple” sevərlər 2011-ci ilin bu günü bütün “Apple” istifadəçilərini sosial şəbəkələrdə olan əsas şəkillərini Stiv Cobsun şəklilə dəyişməyə çağırmışdılar.