Kadırov abortu QADAGAN edir

Tezliklə Çeçenistanda abortlar tamamilə qadağan oluna bilər.

 Hazırda Çeçenistan parlamentində bununla bağlı qanun layihəsi müzakirədədir.

 
 Bu məlumatı ÇR Xalq Məclisinin sosial siyasəti məsələləri üzrə komitəsinin sədr müavini Usman Ozdamirov təsdiq edib.
 Onun sözlərinə görə, Çeçenistan Respublikasında hamiləliyin süni dayandırılmasının qadağası haqqında qanun layihəsi respublika başçısı Ramzan Kadırov və onun yaxın ətrafı tərəfindən hazırlanıb. Məhz Çeçenistan başçısı respublikada abortları qadağan etməyi əmr edib.
  “Bu qanun artıq ilin sonuna kimi qəbul ediləcək. Biz gözləyirik ki, Çeçen respublikasının ardınca Rusiyanın müsəlmanlar yaşayan regionları və Şimali Qafqazın qalan respublikaları aborta qadağa qoyacaq”,- Leonid Sevastyanov qeyd edib.
 
 Qeyd edək, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun doqquz uşağı var. Kadırov üç oğul və altı qız atasıdır.  2007-ci ildə Kadırovlar iki oğlanı övladlığa götürüblər. (anspress)






Fikirlər