ÇİNGİZ Abdullayev RÖVNƏQ Abdullayevin yerinə gətirilir – İLGİNC TƏFƏRRÜATLAR
AFFA prezidenti Rövnəq Abdullayevin bu postdan yaxın zamanlarda istefa verməsi barədə xəbərlər səngimək bilmir. Ölkə çempionatının son turundakı hakim səhvləri və bunun ardınca təşkilatda yaranmış gərginlik Abdullayevi bir qədər də çətin duruma salıb. Ölkə.Az-a qurumdakı mənbələrdən daxil olan məlumatda bildirilir ki, ölkə çempionatının son turuna təyinat almış bütün hakimlərin aşağı qiymət alması, edilən səhvlər Abdullayevin əsas rəqibi vitse-prezident Elşad Nəsirovun əlinə yaxşı fürsət verib və o təşkilatdakı tərəfdarlarını Abdullayevin əleyhinə yönləndirməkdə davam edir. Ancaq məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, AFFA prezidenti postuna yeganə namizəd Elşad Nəsirov deyil. “Neftçi” Müşahidə Şurasına sədr təyin olunmuş xalq yazıçısı Çingiz Abdullayevin də adı iddialılar sırasında çəkilir. Lakin yazıçının bu postu tutmaq ehtimalı o qədər də yüksək deyil. Mümkündür ki, Nəsirov rəqabət görüntüsü yaratmaq üçün Abdullayevin də namizədliyinin irəli sürülməsinə nail olsun. “Elə birini gətirmək istəyirlər ki, bu bataqlıqdan uzaq olsun. Ancaq indiki halda bu mümkünsüz kimi görünür”. Məsələnin ilginc təfərrüatları təkcə bununla bitmir. Abdullayevə yaxınlığı ilə seçilən AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov da hədəfdə olanlar sırasındadır. Artıq onun yerinə təyin olunacaq şəxsin də adı bəllidir. Bu, keçmiş FİFA referisi Tahir Süleymanovdur. Süleymanovun bir neçə gün öncə AFFA-da baş katib Elxan Məmmədovla görüşməsi də deyilənlərin həqiqət payını artırır. Lakin Məmmədov illərdir tutduğu postu əldən vermək istəmir.
Lakin başqa bir variant da bundan ibarətdir ki, sözügedən vəzifəyə futbol aləmindən tamamilə uzaq biri gətiriləcək. Mənbənin dediklərindən: