“FAVORIT” marketləri bazardan çıxır ?!
“ARAZ” supermarketlər şəbəkəsinin sahibi və Hollandiyanın “Spar” brendinin Azərbaycanda rəsmi tərəfdaşı “AzRetail” MMC məşhur marketlərdən birini satın almaq üçün danışıqlara başlayıb. “ARAZ” marketlərin sayını 40-a çatdıran və 1 “Spar” marketi istifadəyə verən “AzRetail” biznesini daha da genişləndirmək üçün cəhdlərini davam etdirir.
“Marja” xəbər verir ki, yayılmış söz-söhbətlərə görə, “Araz” supermarketləri bütün “Favorit” marketlərini satın almaq üçün danışıqlara başlayıb. Danışıqların hansı mərhələdə olduğu barədə dəqiq məlumat yoxdur.
“Marja” iddiaları dəqiqləşdirmək üçün “Favorit” marketlər şəbəkəsi ilə əlaqə saxladı. Şəbəkədən informasiyanı təkzib etmədən, bu barədə danışmaq səlahiyyətlərinin olmadığını bildirdilər.
“AzRetail” MMC şirkətinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışırıq.
Azerbaycanda ilk Favorit Market 2008 – ci il İyunun 12-də Bakı səhərində, mərkəzi küçələrindən olan H.Əliyev küçəsində fəaliyyətə başlamışdır. Hal – hazırda Azerbaycanda Favorit Marketin 8 filialı Bakı şəhərində 1 filialı isə Quba şəhərinin mərkəzində fəaliyyət göstərir.