QƏBƏLƏDƏ lombard QIZIL mağazası yoxsa NARKOticarətçilərin məkanı?
Kənardan baxanda Qəbələnin kosmetik gözəlliyi, yəni küçələrinin asfaltlanması, yeni görkəmdə binaların tikilməsi və rayonun görünüşünün dəyişilməsinədiqqət edəndəbelə təəssürat yaranır ki, burada yaşayan insanların heç bir dərdi yoxdur, onlar elə bu gözəl görünüşdəki tək xoşbəxt yaşayırlar. Sən demə bütün bu göz qamaşdıran gözəlliklərin Qəbələ insanına heç bir xeyri yoxdur. Reallıq bundan ibarətdir ki, Qəbələ əhalisi sosial problemlər içərisində boğulur, rayondakı məmur özbaşnalığı, bürokratiya onları hər ötən gün daha da bezdirir. Qəbələ rayon sakinləri cumhuriyyət. az-ın elektron poçtuna ilginc informasiya göndəriblər. Ad və soyadlarının gizli saxlanmasını xahiş edən şikayətçilərin qeydlərini dəyərli oxucularımıza təqdim edirik: “Hörmətli redaksiya, rayonumuzda Lombard adlanan bir obyekt var. Burada rayon sakinlərinə əməlli-başlı kələk gəlirlər. Bu obyektin sahibi Pərviz Əzimov açıqca bildirir ki, onun arxasında güclü əl var və o, qazandığı gəlirdən həmin güclü əl adlandırdığı şəxsə də pay ayırır. Bir müddət əvvəl burada rayon sakini Əkbər adlı şəxşə 36 min manatlıq qızıl suyuna salınmış bujuteriyanı qızıl adı ilə sırımışdılar. Sonradan həmin cinayətin üstü açıldı. Bu məsələyə görə lombardda işləyən şəxslərdən bir nəfəri həbsə alındı və üç ay məhkəmə prosesindən sonra vətəndaşa dəymiş ziyan ödətdirilərək azadlığa buraxıldı. Xeyli sayda Qəbələ sakinləri buraya qızıllarını girov qoyub pul götürüblər. Ölkədə baş verən sonuncu devolvasiyadan sonra lombard dediyimiz obyekt əhaliyə verdiyi pulları dollarla hesablayaraq, xeyli sayda insanların qızıl-zinət əşyalarını müsadirə etdi. Burada işləyənlər o qədər harınlayıblar ki, dolları 1 manat 70 qəpikdən hesablayırlar. Açıqca Qəbələ sakinlərinin cibinə girirlər. Məgər ölkə rəhbərliyinin göstərişlərinin, mövcud qanunların, hazırki valyuta məzənnəsinin bunlara aidiyyatı yoxdurmu?Yoxsa Qəbələ Azərbaycandan ayrı bir respublikadır, sadəcə bizim xəbərimiz yoxdur? Rayonumuzda bu obyektin sahibi olan Pərviz Eyvaz oğlu Əzimov Qəbələ şəhər sakinidir. Onun köməkçisi kimi qələmə verilən Əzizov Müşviq Emin oğlu isə Qəbələ rayonu böyük Əmirli kənd sakinidir. Bu adamlar olduqca harın həyat şəraiti yaşayırlar. Heç kimi saya salmadan, heç kimdən çəkinməyərək insanlara qarşı soyğunçuluq hərəkətləri edirlər. Biz maraqlanmışıq, respublikanın heç bir yerində lombardlarda dollarla əməliyyat həyata keçirilmir. Bütün məntəqələrdə həyata keçirilən əməliyyatlar milli valyutamızla, manatla həyata keçirilir. Bu soyğunçular isə əhalini aldadaraq işlərini mövcud məzənnədən də xeyli baha olan ABŞ dolları ilə həyata keçirirlər. Başqa bir tərəfdən həmin məkan narkotik alverçilərinin məskənidir. Vaxtı ilə bu obyekti rayon polis rəisinin müavini olmuş polis polkovnik-leytenantı Əfqan Bəkirov himayə edirdi. Narkotik və sair qanuna zidd işlərin üstü açıldığına görə, Əfqan Bəkirov polis orqanlarından xaric edildi. Hazırda onları kimin himayə etməsi məlum deyil. Hər halda onların arxasında kimsə dayanır ki, onlar bu oyunlardan çıxırlar. Hazırda Pərviz Əzimovun işı rayon polis şöbəsindədir. Bir neçə gün bundan əvvəl rayon polisi narkotiklə bağlı əməliyyat həyata keçirib. Həmin məsələdə Pərviz Əzimovun da adı hallandığına görə onunla bağlı polis şöbəsində araşdırma aparılır. Lombardın və əməkdaşlarının rayonda həyata keçirdikləri çirkin əməllərdən rayon icra hakimiyyəti başçısının, prokurorun, polis rəisinin və sairlərinin tam şəkildə məlumatları var. Ancaq onlar bu işə göz yumurlar. Rayon əhalisini də bu məqam maraqlandırır ki, məgər bu soyğunçuların arxasında kim dayanıb ki, rəhbərlik susur, heç bir tədbir görülmür. Bəlkə onların özü də lombardla şərikdirlər deyərək bir-birilərinə sual verən rayon sakinləri də var. Biz respublikamızın mötəbər şəxslərindən, dövlətin təhlükəsizliyinə cavabdeh olanşəxslərdən xahiş edirik ki, təcili şəkildə bu məsələ ilə maraqlansınlar. Qəbələdə bir qrup dələduz dövlətin qanunlarını ayaqaltı edərək, insanları ölkə rəhbərliyindən narazı salır. Xahiş edirik səsimizə səs verin. AzerTaym.az
Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin və dövlət orqanlarının da fikir və təkliflərini dinləyib dərc etməyə hazırıq.
Elçin İsmayıllı. Cumhuriyyət. az