PUTİNƏ qarşı sanksiyalar tətbiq edilsin! — AVROPALI deputatlardan çağırış
Avropa Parlamentinin deputatları Avropa İttifaqının xarici işlər komissarı Federika Moqeriniyə müraciət ünvanlayıblar. AzerTaym.az xəbər verir ki, 57 avropalı deputatın imzaladığı məktubda Rusiya prezidenti Vladimir Putinə qarşı fərdi sanksiyaların tətbiq edilməsi haqda müraciət var. Müraciətdə bildirilir ki, Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenko azad olunmayınca Putinə qarşı tətbiq edilmiş fərdi sanksiyalar ləğv edilməsin. Məlumata görə, avropalı deputatlar Moqeriniyə ünvanladıqları müraciətdə Putindən başqa FTX direktoru Aleksandr Bortnikovun və Dövlət Dumasının komitə sədri Aleksey Puşkova qarşı da sanksiyalar tətbiq edilməsinin vacibliyini vurğulayıblar.