“TURAZ Şahini – 2016” ilk təlim uçuşunu keçirdi- FOTOLAR, VİDEO

“TURAZ Şahini – 2016” ilk təlim uçuşunu keçirdi- FOTOLAR, VİDEO

“TURAZ Şahini – 2016” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Bu barədə musavat.com-a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.
Sonra türkiyəli pilotlar Miq-29 qırıcı və Su-25 hücum, azərbaycanlı hərbi təyyarəçilər isə F-16 qırıcı təyyarələrində uçuşlar keçiriblər.
 
Təlimlər davam edir.
 
 

















Fikirlər