On QLOBAL risk – Tramp, “Soyuq müharibə”, İŞİD, Avropa Birliyi...

İngiltərənin “The Economist” jurnalı  10 qlobal riski açıqlayıb.

Publika.az xəbər verir ki, ABŞ prezidenti postuna iddiaçı respublikaçı milyarder Donald Trampın prezident seçilməsi qlobal risklərdən biri hesab olunub.

 Ən əhəmiyyətli 10 qlobal risk sıralamasının zirvəsində Çin iqtisadiyyatının gözləniləndən daha aşağı sürətlə inkişafıdır. İkinci yerdə Rusiya ilə baş verə biləcək yeni bir “Soyuq müharibə”dir.

 İnkişaf edən ölkələrdə özəl sektorun borcunun böhrana gətirib çıxarması riski üçüncü sıradadır. Dördüncü yerdə Avropa Birliyinin parçalanması, beşinci yerdə isə Yunanıstanın Avropa Birliyindən ayrılmasıdır.

 Trampun prezident seçilməsi ehtimalı qlobal risklər siyahısında altıncı, İŞİD kimi terror qruplaşmalarının qlobal iqtisadiyyata təhdid  yaratması yeddinci, İngiltərənin Avropa Birliyindən ayrılma ehtimalı səkkizinci, Çinin Cənubi Çin dənizi ilə bağlı siyasətinin silahlı qarşıdurmaya gətirib çıxarma ehtimalı doqquzuncu, kəskin şəkildə düşən neft qiymətləri isə onuncu yerdədir.

 






Fikirlər