"Rusiya bir nömrəli QLOBAL təhlükədir" — ABŞ-ın MÜDAFİƏ naziri
ABŞ ordusunun 2017-ci il üçün hərbi büdcəsi qəbul olunub. AzerTaym.az xəbər verir ki, büdcə haqda məlumatı Pentaqonun rəhbəri Eşton Karter verib. Karter yeni hərbi doktrinada da Rusiyanın dünya üçün bir nömrəli qlobal təhlükə kimi qeyd olunduğunu vurğulayıb. Rusiyadan sonra ABŞ-ın qlobal təhlükə kimi gördüyü ölkələr isə Çin, Şimali Koreya və İran olub. "Təhlükəsizlik sahəsindəki bugünkü vəziyyət 25 il bundan əvvəl olan vəziyyətdən tamam fərqlənir və yeni yanaşma tələb edir", deyə ABŞ-ın müdafiə naziri vurğulayıb. Xatırladırıq ki, ABŞ-ın 2017-ci il üçün hərbi büdcəsi 582,7 milyard dollar nəzərdə tutulub.