Bir neçə saat sonra SURİYA-Türkiyə müharibəsi BAŞLANIR
Suriyanın hökumət gücləri bir neçə saat içində Afrin bölgəsinə girəcək. Bu barədə "Röyters" agentliyi Suriya dövlət televiziyasına istinadən bildirib. Türkiyənin "Habertürk" nəşri isə yazıb ki, hökumət güclərinin bu gün axşam saat 18:00 radələrində Afrinə girməsi gözlənilir. rejim güclərinin bir həftə ərzində 52 kritik nöqtədə, bu gün və sabah isə 4 nöqtədə yerləşdirilməsi gözlənilir. Dəməşqin şərtinə görə, PYD terror təşkilatı ağır silahları rejim qüvvələrinə təhvil verməlidir. Ekspertlərə görə, rejim qüvvələrinin Afrinə girməsi onların Türkiyə ordusu ilə qarşı-qarşıya gəlməsinə səbəb ola bilər. *** Terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan YPG-nin yaraqlıları Afrin şəhərində (Hələbdən 65 km məsafədə) və Türkiyə ilə sərhəd rayonlarında bir neçə mövqeni Suriya ordusuna təhvil verəcək. Publika.az xəbər verir ki, bu barədə kürdlərin "Firat" informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, hökumətin qoşun bölmələri yaxın 48 saat ərzində Afrinə yeridilə bilər. Bu barədə razılaşma Hələbdə tərəflər arasında aparılan danışıqların yekununda əldə olunub. Kürd terrorçuları Dəməşqdən həmçinin Türkiyənin hava və qurudan anti-terror əməliyyatları apardığı Afrin şəhərinin hava hücumundan müdafiəsini təmin etməsini istəyib.