Putin yenidən “MERSEDES”ə əyləşdi - FOTO

Rusiya Prezidenti Vladimir Putin yenidən “Mercedes” şirkətinin istehsalı olan limuzindən istifadə etməyə başlayıb.

AzerTaym.az  xəbər verir ki, iyulun 27-28-də Cənubi Afrika Respublikasının İohannesburq şəhərində BRİKS ölkələrinin sammitində olarkən, Rusiya зrezidenti alman markalı avtomobildən istifadə edib.

Halbuki, o, sonuncu xarici səfəri zamanı – iyulun 16-da ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Finlandiyanın paytaxtında olarkən Rusiya istehsalı olan “Aurus Senat” limuzinində hərəkət etmişdi. Limuzin Helsinkiyə “İl-76” hərbi-nəqliyyat təyyarəsi ilə aparılmışdı.

Bununla belə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Mercedes”dən istifadənin “Aurus Senat”dan imtina demək olmadığını vurğulayıb.


 






Fikirlər