GÖZLƏRİNİZ YUXUDAN AÇILMIR, DAİM YORĞUNSUNUZ? - SƏBƏBİ bu yazıda
B12 vitaminin əskikliyi bədəndə müxtəlif simptomlarla özünü göstərir. Adətən arıqlamaq üçün edilən əməliyyat və vegeterian diet tətbiq edən şəxslərdə rast gəlinir. “A24.az” bədəninizdə B12 vitamin çatışmazlığının olduğunu bildirən göstəriciləri təqdim edir: 1 – Zəiflik, baş gicəllənmə, yorğunluq… Bir çox insan bu göstəriciləri yuxusuzluq, çox işləmək və stress ilə qarışdırır. Ancaq vəziyyətiniz daha da pisliyə doğru gedirsə, həkimlə məsləhətləşin və B12 vitamininin səviyyəsini təyin etmək üçün qan analizi verin.
2 – Nəfəs darlığı… B12 vitamin çatışmazlığının fizioloji göstəricilərindən biri də sinədə yaranan nəfəs darlığıdır. Vitamindəki əskiklik toxumalardakı oksigenin axınını azaldır və bu da qan azlığına, nəfəs darlığına və zəifliyə səbəb olur.
3 – Sinirlərdə ağrı və keyləşmə… B12 çatışmazlığı sinir hüceyrələrini pozaraq əl və ayaqlarınızda keyləşmə, tikan kimi batma hissinə səbəb olur. Buna diqqət etməsəniz, simptomlar qalıcı olacaq. Odur ki, sinir sistemini gücləndirmək üçün B12 vitamini vacibdir.
4 – Solğun və ya sarımtıl dəri… Bədəndə B12 vitamin çatışmazlığının başqa bir fiziki göstəricisi dərinin və ya gözlərin ağ hissəsinin saralmasıdır.
5 – Şişkin, iltihablı dil… Əgər sinir sistemində xəstləyiniz varsa və ya spirtli içki içirsinizsə, B12 vitamini itkisi ilə üz-üzəsiniz. Qanınızdakı B12-nin gösrəticilərindən biri də ətli, qırmızı və hamar dildə xarakterizə olunan qlossittir. Bədəninizdə kifayət qədər B12 vitamini olmayanda DNT-nin sitezi pozulur.
6 – Qəbzlik, iştahsızlıq və köp… Qəbzlik və köp kimi problemin yaranmasının bir çox səbəbləri var. B12 vitamininin əskikliyi bunlardan biridir. Əgər diqqətə alınmasa, xroniki qəbzliyə, mədədə narahatlığa, köp, ishal və iştahsızlığa yol aça bilir.
7 – Görmədə zəiflik… Vitamin B12 sinirlərin və sinir sisteminin funksiyalarında əhəmiyyətli rol oynadığı üçün vitamin çatışmazlığı görmənin zəifləməsinə səbəb ola bilir. Yaxşı qidalanmayan və ya hər hansı heyvan məhsulu yeməyən insanlarda görmədə zəifliklik aşkar edilə bilər.
8 – Depressiya, davranışlarda dəyişiklik… İnsan üçün əhəmiyyətli olan bəzi vitaminlərin əskikliyi depressiyaya və davranışlarda dəyişikliyə yol aça bilir. Bu təbiidir. Bu problemdə B12 çatışmazlığı istisna deyil. B12 vitaminin serotoninin hazırlanmasında güclü təsirir var.