Görünüşə pis təsir edən göz altındakı ləkələr hər kəsi narahat edir
Mütəxəssislər insanların bu xoşagəlməz görüntüdən xilas olmalarının mümkün olduğunu bildirib. Bu qara ləkələrin əmələ gəlməsinə müxtəlim amillər səbəb olur.
Axşam.az xarici KİV-ə istinadən həmin səbəbləri təqdim edir:
Genetik: Bu cür problemi olanlarda damarlar üzdə olur.
Allergiya: Gözlərin qaşınması və sulanmasına səbəb olan allergiya qara ləkənin əmələ gəlməsinə səbəb olur.
Dərman qəbul etmək: Bəzi insanlar uzunmüddətli dərman qəbul edir. Bu da göz altındakı damarların genişlənməsinə və həmin yerin tünd görünməsinə gətirib çıxarır.
Digər səbəblər: Yuxusuzluq, yorğunluq, spirtli içki qəbulu, stress kimi amillər də göz altının qaralmasına səbəb olur.
K Vitamini: Düzgün qidalanmaq bədənin hər yerinə təsir etdiyi kimi, göz altında da təsirini ciddi göstərir. Lazımi qədər vitamin və mineral qəbul edilməməsi, qara ləkələr əmələ gəlir.
Gizli xəstəlik: Qansızlıq, qəlb və böyrək xəstəlikləri və başqa narahatlıqlar ləkələrə səbəb olur.