“Elektron xidmət növlərinin Siyahısı”na DƏYİŞİKLİK EDİLDİ
Baş nazir Artur Rasizadə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib. “AzərTaym” xəbər verir ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1- ci bəndinin icrasını təmin etmək məqsədi ilə 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edilib: Siyahıya aşağıdakı məzmunda 3.20-3.25-ci, 11.22-ci, 11.23-cü, 11.24- cü və 40.3-cü bəndlər əlavə edilib: