“Arvadım haradadırsa, razıyam, KÖMƏK EDİN evə gətirim” – NADİR QAFARZADƏ
ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğınni Nadir Qafarzadə olub. Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, verilişin aparıcısı Elgiz Əkbərin “Belə bir məsələ çıxıb ortaya, hamı çalışır tanınsın, onu göstərsinlər. Bu məsələyə necə baxırsınız?” sualını cavabsız qoymayıb. “Son zamanlar efirlərdə sosial verilişlərin sayı artıb. İnsanlar evlərində nə oldu, üzr istəyirəm, necə yatır gəlib danışır: “Arvadım üzünü o tərəfə çevirib yatdı, mən bu tərəfə yatdım” və yaxud “Arvadım pəncərədən qaçdı. Onu axtarmağa mənə kömək edin. Bilirsinizmi, ev sirrini ictimailəşdirmək olmaz. Evdə nə olursa o evdə də qalmalıdır. Ərlə arvad arasında nə olubsa, onu sən, mən bilməməliyik. Bəs sən kişi sabah küçəyə necə çıxacaqsan? Özü də gəlib efirdə elə kişi kimi oturur ki, “Ay camaat, mənə kömək edin arvadımı geri gətirim. Hardadırsa, razıyam”. Elə şey olmaz axı. Bəs mənim oğlum, sənin uşağın onlardan nə dərs götürəcək?!”.