Hacı Məmmədovun bacısı: "Deyirlər, Hacı SAĞ-SALAMAT oturub..."

İntihar edən Hacı Məmmədovun ailəsi onun ölümündən xəbərsizdir.

Qafqazinfo-ya açıqlama verən bacısı Arifə Məmmədova deyib ki, hələ də onlara rəsmi məlumat verilmir: "Dərd budur ki, jurnalistlər yazır, biz türməyə zəng edirik, deyirlər Hacı sağ-salamat oturub. Dünən axşam da danışdım, bu gün də biraz əvvəl danışdıq. Bizə dedilər ki, hər şey yaxşıdır. Jurnalistlərə deyirlər, bizə niyə demirlər? Oturub gözləyirik.

İki həftə əvvəl onunla görüşmüşdük, hər şey yaxşı idi”.

Qeyd edək ki, H.Məmmədov dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.






Fikirlər