YENİ SƏDR mətbuat xidmətinin rəhbərini İŞDƏN ÇIXARDI

Yeni sədr mətbuat xidmətinin rəhbərini işdən çıxardı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daha bir departament direktoru işdən çıxarılıb.

Bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimov vəzifədən azad olunub.

Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bundan əvvəl Dövlət Komitəsi sədrinin köməkçisi Əkbər Əkbərov, qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar.

Xatırladaq ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.






Fikirlər