İNAM KƏRİMOV: "Kənd Təsərrüfatı Nazirliyinin QARŞISINDA 3 əsas VƏZİFƏ QOYULUB"

İnam Kərimov:

"Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə sosial-iqtisadi göstəricilər yüksəlib".
AzerTaym.az "Report"a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında deyib.
O bildirib ki, kənd təsərrüfatı sahəsi ölkənin problemlərinin həllində, xüsusilə regionlarda yaşayan insanların məşğulluğunda önəmli rol oynayır: "Vətəndaşların keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, ölkədən valyuta axının qarşısının alınması məsələsi qarşıda duran əsas vəzifələrdəndir. Nazirliyin qarşısında 3 əsas prinsip qoyulub ki, bunlar kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirməkdir".
Nazir əlavə edib ki, hazırda nazirlik fəaliyyətini 5 əsas istiqamət üzrə inkişaf etdirir: "Azərbaycan Dövlət Aqrar Universitetin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi əsas istiqamətlərdəndir. Elmi resursları səfərbər etməklə aqrar sahədə problemlərin həllinə nail olmaq olar. Bu gün kənd təsərrüfatı sektoru və fermerlərin bizdən gözləntiləri var".






Fikirlər