Eldar Əzizov İSLAHATLARA BAŞLADI: Bakı İH-də 3 qurum LƏĞV EDİLDİ

Eldar Əzizov islahatlara başladı: Bakı İH-də 3 qurum ləğv edildi

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb. 
AzerTaym.az bakupost-a istinadən xəbər verir ki, struktur islahatları çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda 3 təşkilat ləğv edilib. 
Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bildirilməyib. 
Bakı şəhər İcra Hakimiyyətinin yaxın iki gündə bu barədə geniş açıqlama yayacağı gözlənilir.






Fikirlər