“Qadınlar və uşaqlar çıxarılıb...” - TƏRTƏRİN icra başçısı

““Qadınlar və uşaqlar çıxarılıb...” - Tərtərin icra başçısı

Tərtər rayon İcra Hakimiyyətinin başçısı cəbhədəki son gərginliklə bağlı danışıb.

Müstəqim Məmmədov “Qafqazinfo” açıqlamasında hazırda hər şeyin qaydasında olduğunu bildirib və bir nəfərin öldüyünü təsdiqləyib:

“Hər şey normaldır. Təmas xəttində yerləşən kəndlərdən qadınlar və uşaqlar çıxarılıb”.

Qeyd edək ki, erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Qarağacı kəndinin iki sakini dünyasını dəyişib. 






Fikirlər