Azərbaycanda baş həkimin evinə basqın - 25 MİNLİK oğurluq
Şirvan şəhərində quldurluq hadisəsi baş verib. AzerTaym.az-ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saat 10.00 radələrində Şirvan şəhər Doğum evinin baş həkimi Sevda Həsənovanın Şirvan şəhəri Z.Hacıyev küçəsi 1, mənzil 14 ünvanında yerləşən fərdi yaşayış evinə 3 nəfər maskalı şəxs daxil olub.
Həmin vaxt evdə tək olan baş həkimin qaynanası Sudsa Bəylərovanın ağzını bağlayan maskalı şəxslər evi axtraraq oradan 25 min manat dəyərində qızıl-zinət əşyaları götürərək aradan çıxıblar. Quldurluq edən şəxslər yaşlı qadına xəsarət də yetiriblər.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Cinayəti törədən şəxslərin tapılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.