Gülər Əhmədova YENİ TƏŞKİLAT yaradır
Sabiq deputat Gülər Əhmədova tanınmış vəkil Adəm Məmmədovla birlikdə yeni bir ictimai təşkilat yaratmağa hazırlaşır. Bu barədə Adəm Məmmədov bildirib.
“Gülər xanımla görüşüb, danışdıq. Pisxoloji-hüquqi yardım məqsədi ilə bir araya gəlib ciddi bir ictimai qurum yaratmağı nəzərdə tuturuq. Düşünürəm ki, Gülər xanımın təcrübəsi və xarakteri, təhsili (pisxologiya üzrə elmlər namizədi) bu lahiyənin effektli işləməsi üçün vacib şərtdir”, -deyə vəkil bildirib.