Gülər Əhmədova Yeni ili ailəsiylə birgə keçirəcək

Sabiq deputat Gülər Əhmədovanın sağlıq durumu pisləşib.
Gülər Əhmədova Yeni ili ailəsiylə birgə keçirəcək

Azertaym.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a açıqlamasında onun vəkili Əfsər Talıbov bildirdi. Müsahibimiz dedi ki, G.Əhmədovada baş və ürək ağrıları şiddətlənməkdə davam edir.

Ə.Talıbov G.Əhmədova barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərardan apelyasiya şikayəti verdiklərini yada saldı: “Dekabrın 30-da zəng edib maraqlandım. Dedilər ki, apelyasiya şikayəti artıq dəftərxanaya verilib. Çox güman ki, bayramdan sonra göndəriləcək”.

G.Əhmədovanın oğlu Toğrul Əhmədovun hərbi xidmət müddəti yekunlaşsa da, o, hələ Bakıya qayıtmayb. Ə.Talıbovun dediyinə görə, T.Əhmədovun əmri verilsə də, hələ buraxılmayıb: “Yəqin ki, qayıdandan sonra anası ilə görüşəcək. Bu, bayramdan sonra ola bilər”.

Vəkil G.Əhmədovanın ailə üzvlərinə bayramla əlaqədar onunla görüşmək üçün hələlik icazə verilmədiyini dedi: “Ailə görüş üçün müraciət edib. Ümid edirik ki, görüşə icazə veriləcək və Gülər xanım bayramı ailə üzvləri ilə birgə keçirəcək”.

Ə.Talıbov G.Əhmədovanın son günlər yeni şeirlər yazdığını da dedi. Vəkilin dediyinə görə, sabiq deputat onları paylaşmağa icazə versə, mediada yayılacaq.






Fikirlər