“Bank Standart” “Azər-Türk Bank”a birləşdirilir- HEYDƏR BABAYEV SƏHMLƏRİNİ SATIB

bank

“Bank Standard” konsolidasiya nəticəsində digər banka birləşdirilməsi nəzərdə tutulur.

Gununsesi.info-ya daxil olan məlumata görə, artıq bir müddət öncə bankın sahibi olan Heydər Babayev bankı təhvil verib və ölkəni tərk edib. Onun bankdakı səhmlərini satdığı bildirilir.

heyderbabayev

Baxmayaraq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank Standard” QSC-nin maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusi çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq, fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edib. Amma bankın sağlamlaşdırılması istiqamətində aparılan cəhdlər lazımi effekti vermir. Çünki, bankın kifayət qədər borcu var. Bundan əlavə olaraq banka borcu olan şəxslərdən də borcları geri qaytarmaq ciddi problemlər yaranıb. Bankın yetərincə mülkiyyəti olmasına baxmayaraq, hazırki bazar şəraitində həmən mülkiyyətə qiymət verən yoxdur. MBNP “Bank Standard”ın sağlamlaşdırılmasını səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə həyata keçriməyə çalışır. Bu sağlamlaşdırma proqramına görə, “Azər-Türk Bank” ASC tərəfindən 3 avqust 2016-cı il tarixinədək “Bank Standard”ın idarəetmə orqanları yenidən formalaşdırmaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa etməsi nəzərdə tutulur. Ancaq realda bu fiziki cəhətdən qeyri-mümkündür və bank nəzərdə tutulan vaxtadək müştərilərinə borclarını qaytara bilməycək və üzləşdiyi böhrandan çıxa bilməyəcək. Çünki, qanunvericiliyə görə, hər hansı banka moratorium 3 aydan çox deyil. Vaxtın bitməsinə isə bir ay zaman qalıb. Ona görə də, bankın gələck taleyi sual altındadır. Vəziyyətdən çıxış yolu kimi ya bank müflis elan edilir və hökumət məsuliyyəti öz üzərinə götürərək borcluların vəsaitini qaytarır. Artıq MBNP-nin qərarı ilə bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait ayrıldığın bəyan etməsi bunu deməyə əsas verir. Qurumun qərarı ilə banka vəsaitlər sanator-bank olan “Azər-Türk Bank” ASC tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına 1 illik kredit xətti formasında ayrılıb. 4 iyul 2016-cı il tarixdən etibarən “Bank Standard” QSC-də əmanətlərin ödənişi üzrə mövcud moratoriumun vaxtının bitməsi ilə əlaqədar, müvafiq məhdudiyyətlər aradan qaldırılaraq, hüquqi və fiziki şəxslər artıq öz vəsaitlərindən istifadə imkanları yaradılır. MBNP-nin bu qərarı deməyə əsas verir ki, artıq növbəti mərhələdə banka yeni rəhbərlik idarə edəcək. Ona görə də ya banka yeni rəhbərlik təyin olunur və ya da “Bank Standard” konsolidasiya qaydasında digər bankla birləşdirlir. Bankın yeni sahibi probelmin həllini üzərinə götürür. Bankın “Azər-Türk Bank”la konsolidasiyası istisna edilmir.






Fikirlər