NAZİR inhisarçılığı inkar etdi
“Otellərdə qiymətlərin formalaşmasına dövlət təsir edə bilməz”. Modern.az-ın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin təqdimetmə mərasimində deyib. “Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymətlərin formalaşdırılmasında onlara tövsiyələr verə bilərik”. “Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir. Azərbaycanda turizmin inkişafı prioritet istiqamətlərdən biridir. Həm daxili turizm, həm də xarici turizm inkişaf etdirilməlidir. Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın”-deyə nazir bildirib.
Nazir söyləyib ki, qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur və dövlət otellərdə qiymət siyasətini müəyyənləşdirmir:
Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda turizm bazarı inhisarçılığa məruz qalmır: