Mədət Quliyev Eldar Mahmudovun polkovnikinə QAPINI göstərdi...

Eldar Mahmudov və onun cinayətkar dəstəsinin ifşası və  MTN adlı qurumun ləğvindən sonra köhnə komandaya bu və ya digər formada bağlılığı olan şəxslər yeni qurumda-DTX-da özlərinə yer tapa bilmirlər.

Son aylar ərzində Eldar Mahmudovun nəfsinin qurbanına çevrilərərək, öz peşə şərəfini qoruya bilməyən yüzlərə şəxs DTX-da yer ala bilmədi.

 DTX rəisi Mədət Quliyevin əmriylə MTN-nin İnspektorluq İdarəsinin rəisi olmuş  polkovnik Qədir Əkbərov  bu qurumdan xaric edilib. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Qədir Əkbərov  DTX-da qalmağa nail olsa da  bir neçə gün əvvəl köhnə əməllərinin araşdırılması onun qovulması ilə nəticələnib.(Gununsesi.info)






Fikirlər